PSJ-nin 4 ay vaxtı var

PSJ-nin 4 ay vaxtı var
XƏBƏR 27 Fevral 2023 / 18:19 2751
-  A +

PSJ-nin futbolçusu Kilian Mbappe klubla müqaviləsini uzadıb-uzatmayacağına yaxın aylarda qərar verməlidir.

Qol.az xəbər verir ki, bu barədə "L'Équipe" məlumat yayıb. 24 yaşlı hücumçunun parislilərlə sözləşməsi 2024-cü ilin yayına kimi hesablanıb. Müqaviləni daha bir mövsüm uzadılması imkanı var. Mbappe onu aktivləşdirib-aktivləşdirməyəcəyinə yaxın 4 ayda qərar verməli olacaq. Bu baş verərsə, o zaman onun PSJ ilə müqaviləsi 2025-ci ilin yayına kimi hesablanacaq.

Önümüzdəki həftələrdə PSJ rəhbərləri Mbappeni qalmağa inandırmaq üçün hər şeyi edəcəklər. Kilian müqaviləni yeniləməsə, PSJ onu gələcəkdə pulsuz itirməmək üçün 2023-cü ilin yayında satmaq məcburiyyətində qalacaq.

Qeyd olunur ki, hazırda PSJ rəhbərləri üçün əsas məsələ Mbappe ilə danışıqlarda irəliləyiş əldə etmək, Lionel Messi ilə yeni müqavilə ilə bağlı danışıqlar aparmaqdır.

Əlavə edək ki, Mbappe 2017-ci ildən PSJ-də oynayır. O, bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 29 oyunda 29 qol vurub və 7 qolun ötürməsini verib. 

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner