Şahruddin məşqlərə başladı - Şəkillər

Şahruddin məşqlərə başladı - Şəkillər
XƏBƏR 27 Fevral 2023 / 17:25 3378
-  A +

"Qarabağ"ın bir müddətdir zədədən əziyyət çəkən futbolçusu Şahruddin Məhəmmədəliyev məşqlərə başlayıb.

Qol.az xəbər verir ki, 28 yaşlı qolkiper fərdi məşqlər edir. O, bu haqda öz İnstaqram hesabının hekayə bölümündə paylaşıb. Şahruddin məşq etdiyi anların videosunu izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Şahruddin yanvar ayında komandanın Antalyadakı təlim-məşq toplanışında zədələnmişdi. Onun qolu sınmışdı. Qapıçı daha sonra Almaniyada əməliyyat olunub.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner