"Yuventus" hamıdan çox qazanır

"Yuventus" hamıdan çox qazanır
XƏBƏR 27 Fevral 2023 / 13:00 1391
-  A +

"Yuventus" oyunda təmsil etdiyi sponsorlardan hər il 58,5 milyon avro alır.

Qol.az xəbər verir ki, bu haqda "Calciomercato" məlumat yayıb. Belə gəlir İtaliya A Seriyasının ən yaxşı göstəricisidir.

"Yuventus"un bu mövzuda ən yaxın rəqibi "İnter"dir. Onlar sponsorlardan 28,5 milyon avro gəlir əldə edirlər. 

İlk "5-liy"ə həmçinin "Fiorentina" (25 milyon avro), "Milan" (21 milyon avro) və "Sassuolo" (18,5 milyon avro) daxil olub.

Qeyd edək ki, "Yuventus" 23 oyundan sonra İtaliya çempionatının turnir cədvəlində 32 xalla 8-cidir. Klub maliyyə saxtakarlığına görə 15 xaldan məhrum edilib. Yarışın lideri 65 xalı olan "Napoli"dir. 

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner