Xavi: "Mövsümün ən pis oyununu keçirdik"

Xavi: "Mövsümün ən pis oyununu keçirdik"
XƏBƏR 27 Fevral 2023 / 12:40 1378
-  A +

"Barelona"nın baş məşqçisi Xavi La Liqanın 23-cü turunda "Almeriya"ya uduzduqları (0:1) matç haqqında danışıb.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, mütəxəssis öz komandasını tənqid edib:

“Mən qəzəblənirəm, çünki mövsümün ən pis oyununu keçirdik. Bu, xüsusilə oyunun ilk hissəsi üçün keçərlidir. Hərəkət, intensivlik, ritm çatışmırdı... Qələbə üçün lazım olan ehtirası göstərmədik. Çətin matç, çətin gün, keçirdik. Amma yenə də 7 xallıq fərqlə liderik. Səhv etdik. Azarkeşlərdən üzr istəyirik. La Liqada qalib gəlmək çətin olacaq. İndi isə qələbə qazanmaq istədiyimizi göstərməmişik. Bir az yorğunluq hiss etdik. Matçdakı əvəzləmələr bununla bağlı idi. Ardıcıl oyun keçirdik. "Barselona" "Real"la 10 xallıq fərq yaratmaq üçün qızıl fürsəti əldən verdi. Çox pis gündür”.

Qeyd edək ki, "Barselona" hazırda La Liqanın turnir cədvəlində 59 xalla 1-cidir. 2-ci yerdə isə 52 xalı olan "Real" qərarlaşır.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner