Nazarov qol vurdu, komandası qalib gəldi

Nazarov qol vurdu, komandası qalib gəldi
XƏBƏR 26 Fevral 2023 / 20:24 2140
-  A +

Almaniya 3-cü Bundesliqasında 24-cü turun görüşləri davam edir.

Qol.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" doğma meydanda "Saarbrüken"i qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Dmitri Nazarov oyuna start heyətdə başlayıb və 85-ci dəqiqədə əvəzlənib. O, 49-cu dəqiqədə komandasının ilk qolunu vurub. O, 43-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, xallarını 30-a yüksəldən "Erzgebirge" turnir cədvəlinin 23-cü pilləsində qərarlaşıb.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner