İran - Rusiya oyununun vaxtı açıqlandı

İran - Rusiya oyununun vaxtı açıqlandı
XƏBƏR 26 Fevral 2023 / 18:50 2809
-  A +

Rusiya millisinin İranla keçirəcəyi yoxlama oyununun vaxtı açıqlanıb.

Qol.az xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Qarşılaşma martın 23-də, Tehranda keçiriləcək.

Xatırladaq ki, Rusiya millisi Ukrayna ərazisinə silahlı müdaxiləyə görə bütün beynəlxalq rəsmi turnirlərdən kənarlaşdırılıb. Valeri Karpinin baş məşqçilik etdiyi komanda DÇ-2022-ni buraxıb. Həmçinin Rusiya millisi Avro 2024 və Millətlər Liqasının seçmə mərhələləri üçün püşkatmada da iştirak etməyəcək.

Rusiya millisi 2022-ci ildə üç yoldaşlıq oyunu keçirib. Komanda Qırğızıstanı (2:1) məğlub edib, Tacikistan (0:0) və Özbəkistanla (0:0) bərabərə qalıb.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner