“50 qol vurub, 50 qol ötürməsi edə bilərəm” - Kadi

“50 qol vurub, 50 qol ötürməsi edə bilərəm” - Kadi
XƏBƏR 26 Fevral 2023 / 15:05 5044
-  A +

Qış transfer pəncərəsində "Qarabağ"dan "Krasnodar"a keçən Kadi Borges Rusiya klubundakı hədəflərindən danışıb.

Qol.az metaratings.ru-ya istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Krasnodar"da 50 qol vurmaq və 50 qolun ötürməsini etmək bacarığında olduğunu deyib:

“Krasnodar" üçün 50 qol vurub, 50 məhsuldar ötürməsi verə bilərəm. Bəli, düşünürəm ki, mən bunu bacaracağam. Artıq uzaq məsafədən məhsuldar oyunçu ola biləcəyimi göstərmişəm. Bunun üçün çalışacağam. Hər bir idmançının əsas məqsədi inkişafdır. Bu alınarsa, təkcə özümə deyil, kluba da xeyir verərəm. Belə şeylər çox vacibdir.

“Krasnodar”a yaxşı futbolçular lazımdır. Çalışacağam ki, “Krasnodar”a ilk kubokları qazandırım. Həqiqətən də “Krasnodar”la kuboklar qazanmaq istəyirəm, bu, mənim və klub üçün vacibdir. Və təbii ki, nə vaxtsa "Krasnodar"la Çempionlar Liqasında oynamaq arzusundayam”.

Qeyd edək ki, Borges ötən ay "Qarabağ"dan "Krasnodar"a keçib. O, 2021-ci ilin yayından Ağdam təmsilçisində çıxış edirdi. Qeyri-rəsmi məlumata görə, "Qarabağ" bu keçiddən 5 milyon avro qazanıb.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner