"Atletiko"nun futbolçusu üçün mövsüm erkən başa çatdı

"Atletiko"nun futbolçusu üçün mövsüm erkən başa çatdı
XƏBƏR 26 Fevral 2023 / 14:09 1800
-  A +

"Atletiko"nun futbolçusu Reynildo Mandava zədələnib.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı müdafiəçi "Real"la 1:1 hesablı heç-heçə etdikləri oyunda sıradan çıxıb. O, meydanı xərəkdə tərk edib. Bu vaxt Mandava göz yaşlarını saxlaya bilməyib.

Bildirilir ki, Mandavanın zədəsi ciddidir. Futbolçuya sağ diz bağının yırtığı diaqnozu qoyulub. Mandava üçün mövsüm erkən başa çatıb. O, 2022/23 mövsümünün sonadək meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Reynildo bu mövsüm "Atletiko"nun heyətində bütün turnirlərdə 33 oyuna çıxıb.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner