Haalanddan "Siti" tarixinin rekordu

Haalanddan "Siti" tarixinin rekordu
XƏBƏR 26 Fevral 2023 / 13:42 2525
-  A +

"Mançester Siti"nin futbolçusu Erlinq Haaland klub tarixinin rekorduna imza atıb.

Qol.az xəbər verir ki, 22 yaşlı hücumçu buna Premyer Liqanın 25-ci turunda "Bornmut"la görüşdə fərqlənməklə nail olub. Nəticədə Haaland 2022/23 mövsümündə "Siti"nin heyətində Premyer Liqada vurduğu qolların sayını 27-yə çatdırıb. Nəticədə o, "şəhərlilər"in tarixində bir mövsümdə ən çox qol vuran futbolçu rekorduna yiyələnib.

Əvvəlki rekord Serxio Aqueroya (2014/15 mövsümü, 26 qol) aid idi. 

Qeyd edək ki, Haaland 2022-ci ilin yayında "Mançester Siti"nin formasını geyinir. O, Premyer Liqadakı 27 qolunu ümumilikdə 24 matçda vurub. Həmçinin Haaland Çempionlar Liqasında 5 oyunda 5, İngiltərə Liqa kubokunda 2 görüşdə 1 qola imza atıb. 

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner