"Beşiktaş"dan zəlzələdən zərərçəkənlərə yardım

"Beşiktaş"dan zəlzələdən zərərçəkənlərə yardım
XƏBƏR 26 Fevral 2023 / 12:56 931
-  A +

"Beşiktaş" Türkiyədə baş verən güclü zəlzələdən zərərçəkənlər yardım edəcək.

Qol.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb. 

"Beşiktaş" bu gün Superliqanın 14-cü turunun "Antalyaspor"la təxirəsalınmış oyununa çıxacaq. "Beşiktaş" futbolçularının həmin görüşdə geyinəcəyi formaları hərracda satışa çıxaracaq. Əldə olunan gəlir isə zəlzələdən zərərçəkənlərə göndəriləcək.

"Beşiktaş" - "Antalyaspor" oyunu bu gün saat 20:00-da başlayacaq.

Qeyd edək ki, fevralın 6-da qardaş ölkə Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Fəlakət nəticəsində 44 min nəfərdən çox şəxs həyatını itirib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner