Simeonedən La Liqa rekordu

Simeonedən La Liqa rekordu
XƏBƏR 26 Fevral 2023 / 10:26 2021
-  A +

La Liqanın 23-cü turunda "Real"la matç (1:1) "Atletiko"nun baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub.

Qol.az yarışın Tvitter hesabına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis Madrid təmsilçisinin çalışdırıcısı kimi 425-ci oyununa çıxıb. Bu isə La Liqada rekord deməkdir. Simeone bir komandanın məşqçisi kimi İspaniya çempionatında ən çox oyuna çıxan mütəxəssis adını qazanıb. O, "Real"da 424 oyun keçirən Miqel Munosun rekordunu qırıb.

Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən "Atletiko"nu çalışdırır.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner