Karateçimizdən gümüş medal

Karateçimizdən gümüş medal
XƏBƏR 25 Fevral 2023 / 11:27 742
-  A +

Azərbaycanın 16-18 yaşlı gənclərdən ibarət karate millisinin üzvü Rumil Cəfərli (76 kq) Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində keçirilən 2Karate1 Youth League" turnirində gümüş medalını qazanıb.

Qol.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb. Gənc idmançımız yalnız finalda məğlub olub.

Bunadək U-21 yığmasının üzvü Nicat Kərimli (75 kq) gümüş medal əldə edib.

Qeyd edək ki, Dünya Karate Federasiyasının nüfuzlu turnirlərindən sayılan bu yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər mübarizə aparırlar. 67 ölkədən 1169 idmançının qatıldığı turnirdə Azərbaycanı 27 karateçi təmsil edir.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner