"Qalatasaray"dan zəlzələdən zərərçəkənlərə növbəti yardım

"Qalatasaray"dan zəlzələdən zərərçəkənlərə növbəti yardım
XƏBƏR 24 Fevral 2023 / 13:27 985
-  A +

"Qalatasaray" Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə yenidən yardım edəcək.

Qol.az "NTV Spor"a istinadən xəbər verir ki, bu haqda klub prezidenti Dursun Özbek açıqlama verib. O, bildirib ki, İstanbul təmsilçisi fəlakət səbəbindən evsiz qalanlar üçün 250 mənzil tikdirəcək.

Daha əvvəl "Qalatasaray" zərərçəkənlərə görə konteyner ev və səyyar ayaqyolu kampaniyası da başladıb. Həmçinin komanda "Roma" ilə xeyriyyə oyunu keçirəcək. Əldə olunan gəlir isə zəlzələ bölgələrinə göndəriləcək.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Fəlakət nəticəsində 43 min nəfərdən çox şəxs həyatını itirib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner