Pike: "Bu, dəhşətdir"

Pike: "Bu, dəhşətdir"
XƏBƏR 24 Fevral 2023 / 11:58 2784
-  A +

"Barselona"nın sabiq futbolçusu Pike komandanın ötən gecə Avropa Liqasının pley-off mərhələsində "Mançester Yunayted"ə uduzaraq (1:2, ilk oyun - 2:2) mübarizəni dayandırmasına münasibət bildirib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı keçmiş müdafiəçi deyib: "Mən oyuna baxdım. Bu, dəhşətdir".

Qeyd edək ki, Pike 2008-2022-ci illərdə Kataloniya təmsilçisinin formasını geyinib.

Xatırladaq ki, ötən gecə "Barselona" "Mançester Yunayted"ə uduzmaqla son 14 ayda 4-cü dəfə avrokuboklarda mübarizəni dayandırıb. Xavinin baş məşqçilik etdiyi komanda bu mövsüm Avroliqa ilə vidalaşmazdan əvvəl Çempionlar Liqasının qrup mərhələsini 3-cü pillədə başa vurub və turniri tərk edib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner