Alabanın millimizlə oyunu buraxacağı dəqiqləşdi

Alabanın millimizlə oyunu buraxacağı dəqiqləşdi
XƏBƏR 23 Fevral 2023 / 19:10 1995
-  A +

"Real"ın zədəli futbolçusu David Alabanın durumuna aydınlıq gəlib.

Qol.az Madrid klubunun rəsmi saytına istinadən xəbər verir ki, avstriyalı müdafiəçinin sağ bud əzələsində yırtıq aşkarlanıb.

İspaniya mətbuatı Çempionlar Liqasının 1/8 finalında “Liverpul”la görüşdə zədələnən futbolçunu təxminən 1 ay meydana çıxa bilməyəcəyini yazıb. Bu isə o deməkdir ki, Alaba Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək ilk görüşü buraxacaq.

Qeyd edək ki, Avstriya – Azərbaycan matçı martın 24-də keçiriləcək.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner