Qış transfer pəncərəsində "Qarabağ"dan Rusiya "Krasnodar"ına keçən Kadi Borges metaratings.ru saytına müsahibə verib.
Qol.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "Krasnodar"sa transferindən, "Qarabağ"ın avrokuboklardakı çıxışından və başqa mövzulardan danışıb.
Kadinin sözlərinə görə, "Qarabağ"da bir çox futbolçu rus dilində danışa bildiyi üçün artıq o da bu dili anlayır: "Mən artıq rus dili ilə tanışam. Çünki "Qarabağ"da baş məşqçimiz Qurban Qurbanov da bu dildə danışırdı. Orada bir çox futbolçular rus dilindən istifadə edirdilər. Düzdür, Azərbaycanda ingilis dilini də öyrənməyə diqqət yetirirdim. Çünki məşqçimiz bu dildə də danışırdı".
"Sabah"ın baş məşqçisi Murad Musayev Kadi "Qarabağ"da çıxış edərkən onu Azərbaycan çempionatının ən yaxşı futbolçusu adlandırıb. Kadi isə Musayevin fikrinə belə münasibət bildirib: "Bəli, mən onunla razıyam (gülür)".
Braziliyalı oyunçu "Qarabağ"dan "Krasnodar"a keçidi haqqında bunları deyib: "Keçən ilin sonunda fasilə başlamazdan bir həftə əvvəl bildim ki, "Krasnodar" mənimlə maraqlanır. Adətən transfer işi ilə məşğul olmuram. Çünki bu işlər üçün menecerim var. Əvvəlcə “Krasnodar”ın mənə görə "Qarabağ"ın istədiyi təzminatı ödəməyə hazır olduğunu düşünmürdüm. Çünki ondan 3 ay əvvəl “Qarabağ”la yeni müqavilə bağlamışdım. Amma klubun mənə nə qədər ümid bəslədiyi bəlli olanda menecerimə bu transferi qəbul etmək istədiyimi bildirdim. Mənim üçün bu, böyük sınaqdır. Çox xoşbəxtəm, böyük gözləntilərim var".
Kadinin sözlərinə görə, "Krasnodar"dan əvvəl Rusiyanın digər bir neçə klubundan da transfer təklifi alıb: "Rusiyadan bir neçə təklif var idi. Amma bu, əvvəllər olub. Hələ o vaxt “Qarabağ”la yeni müqavilə imzalamamışdım. Amma mən o klubların adlarını çəkməyəcəyəm. Bu, sirrdir".
Futbolçu bildirib ki, "Krasnodar"a gəlməzdən əvvəl "Qarabağ"ın daha öncə Rusiyada çıxış etmiş oyunçusu Ramil Şeydayevdən məsləhətlər alıb: "Bəli, onunla danışdım. Ramilə klub və infrastrukturla bağlı sual verdim. Mən özüm yalnız matçlara baxa bilirdim, amma "Krasnodar" haqqında çox şey bilmirdim. Amma onların cavabları seçimimi müəyyənləşdirdi. İndi gözəl stadionumuzda oynamağı səbirsizliklə gözləyirəm".
Kadi Azərbaycanda keçirdiyi 1 il yarımı belə xatırlayıb: "Bakını çox bəyəndim. Bura yaşamaq üçün gözəl şəhərdir. Bakı çox gözəl yerdir".
Borges "Ötən il "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə düşə bilmədi, bir qədər bəxtiniz gətirmədi. “Krasnodar”la bunu etməyin mümkün olacağına inanırsınız" sualını belə cavablayıb: "Bu, mənim arzumdur. Bəli, “Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsinə düşə bilmədik, son addım kifayət etmədi. Ümid edirəm ki, “Krasnodar” yaxın vaxtlarda Avropa futboluna qayıda biləcək. Mən bunu həqiqətən istəyirəm".
Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından “Qarabağ”da oynayırdı. O, bu qış fasiləsində 5 milyon avroya “Krasnodar”a transfer olunub.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır
Azərbaycanda ən çox azarkeş toplayan komandalar açıqlandı
UEFA Azərbaycan klublarına nə qədər maliyyə vəsaiti ayırıb?
Rövşən Nəcəf Ayxan Abbasovun işinə qiymət verdi
"O stadion təmirə bağlanır" - Cahangir Fərəcullayev
İllik gəlir 61 milyon manat olub - AFFA açıqladı
AFFA-nın Hesabat Konfransı keçirilir
Del Pyero İtaliya millisi haqda - "Bu, rüsvayçılıqdır"
AFFA-da klublar üçün seminar
Ronaldo hazırdır
İtaliya millisinin baş məşqçisi vəzifəsinə 3 əsas namizəd
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı