Zaniolodan zəlzələdə həyatını itirən azarkeşin atasına hədiyyə

Zaniolodan zəlzələdə həyatını itirən azarkeşin atasına hədiyyə
XƏBƏR 23 Fevral 2023 / 01:03 1177
-  A +

"Qalatasaray"ın yeni transferi Nikolo Zaniolo təqdirəlayiq addım ilə gündəmə gəlib.

Qol.az "NTV Spor"a istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi komandanın Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirən 17 yaşlı azarkeşi Muhammed Emin Özkanın atası Doğan Özkana imzalı formasını hədiyyə edib. Bu haqda "Qalatasaray"ın sosial şəbəkə hesablarında paylaşılıb.

Həmçinin D.Özkan klubun Antalyada məskunlaşdığı oteldə qonaq edilib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ olub. Son məlumatlara görə, fəlakət nəticəsində 43 min 556 nəfər şəxs həyatını itirib.

Xatırladaq ki, Zaniolo fevralın 9-da "Roma"dan "Qalatasaray"a keçib. 

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Qarabağ FK
Son xəbərlər
11.08.26  18:02

Poqba sıradan çıxdı

topaz banner