Qvardiola: "Taleyimiz artıq əvvəlcədən müəyyən edilib"

Qvardiola: "Taleyimiz artıq əvvəlcədən müəyyən edilib"
XƏBƏR 22 Fevral 2023 / 18:43 2520
-  A +

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandasının bu mövsüm Çempionlar Liqasını qazanmaq şanslarını dəyərləndirib.

Qol.az "The Sun"a istinadən xəbər verir ki, mütəxəssis turnirdə qalib gəlməyin çox çətin olduğunu deyib: “İnsanlar deyirlər ki, “Mançester Siti” Çempionlar Liqasını komandanın böyük adına görə və ya buna bənzər bir şeyə görə qazanmalıdır. Lakin məndə belə bir hiss var ki, bu turniri qazanmaq olduqca çətindir. Və hər mövsüm daha da çətinləşir. Əlimizdən gələni edib 1/4 finala yüksəlmək istəyirik. Amma bəzən baş verənlərə mane olmaq mümkün deyil. Axı, bizim taleyimiz artıq əvvəlcədən müəyyən edilib. Bəzən qələbyə yaxın idik, bəzən yox. Keçmişdə nə etdimsə və gələcəkdə nə edəcəyəmsə, yenə də mənə görə, uğursuz olacağam. Bu heç vaxt kifayət etmir".

Qeyd edək ki, “Mançester Siti” bu gün Çempionlar Liqasının 1/8 final mərhələsində ilk oyununu keçirəcək. "Şəhərlilər" "Leyptsiq"lə üz-üzə gələcəklər. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner