Kvaratsxeliya gedə bilər? - "Napoli"nin prezidenti açıqladı

Kvaratsxeliya gedə bilər? - "Napoli"nin prezidenti açıqladı
XƏBƏR 22 Fevral 2023 / 17:59 3221
-  A +

"Napoli"nin prezidenti Aurelio de Laurentis futbolçuları Viktor Osimhen və Xviça Kvaratsxeliyanın klubdakı gələcəyi barədə danışıb.

Qol.az "Calciomercato"ya istinadən xəbər verir ki, hər iki futbolçu nüfuzlu klubların maraq dairəsindədir. 

"Müqavilələrin tərtib edilməsi işində çox yaxşıyam. Onları saxlamaq asan olacaq. Amma heç vaxt heç vaxt demə, çünki bəzi təkliflərdən imtina etmək mümkün deyil. Beləliklə, heç bir şey proqnozlaşdırıla bilməz. Ancaq bu oyunçuların necə parıldadığını görmək üçün hələ çox vaxtımız olacaq".

Qeyd edək ki, Osimhen 2020-ci ildən "Napoli"nin formasını geyinir. 24 yaşlı hücumçu Nideriya millisinin də üzvüdür.

Xatırladaq ki, Kvaratsxeliya ötən ilin yayından "Napoli"də oynayır. Gürcüstan millisinin üzvü olan futbolçu Azərbaycan yığmasının sabiq oyunçusu Badri Kvaratsxeliyanın oğludur.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner