"Real"ın futbolçusu millimizlə oyunu buraxa bilər

"Real"ın futbolçusu millimizlə oyunu buraxa bilər
XƏBƏR 22 Fevral 2023 / 11:10 2359
-  A +

“Real”ın futbolçusu David Alaba Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə oyunu buraxa bilər.

Qol.az “Nachrichten” nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun Çempionlar Liqasının 1/8 finalının “Liverpul”la oyununda (5:2) zədələnməsidir.

Matçın 27-ci dəqiqəsində zədələnən Avstriya millisinin kapitanı oyunu davam etdirə bilməyib. Onun Azərbaycan və Estoniya yığmalarına qarşı keçiriləcək seçmə mərhələ görüşündə iştirakı sual altındadır.

Qeyd edək ki, Avstriya yığması martın 24-də evdə Azərbaycan millisi ilə, martın 27-də isə Estoniya ilə qarşılaşacaq.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner