Kvaratsxeliya: "A seriyasında oynayacağıma inanmırdım"

Kvaratsxeliya: "A seriyasında oynayacağıma inanmırdım"
XƏBƏR 21 Fevral 2023 / 17:25 2067
-  A +

"Napoli"nin və Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya İtaliya klubuna keçidi haqda danışıb.

Qol.az xəbər verir ki, ötən yaydan etibarən A seriyası təmsilçisində oynayan 21 yaşlı yarımmüdafiəçi deyib: “İnanmaq çətin idi. Çempionlar Liqasında oynayacağımı təsəvvür belə edə bilmirdim. Hətta belə bir komandada, A seriyasında oynamağıma inanmaq çətin idi. Hər şey yuxuda kimi görünürdü. Amma hər şeyi təhlil edib fərqli səviyyədə oynayacağımı anlayanda başa düşdüm ki, matçlara fərqli hazırlaşmalıyam. Düşünürəm ki, "Napoli"də hər şeyə kifayət qədər tez uyğunlaşdım”.

Qeyd edək ki, bu mövsüm Kvaratsxeliya bütün yarışlarda 24 matçda iştirak edib, 12 qol vurub və 14 qolun ötürməsini verib. Onun "Napoli" ilə müqaviləsi 2027-ci ilə qədərdir. Xviça Azərbaycan millisinin keçmiş üzvü Badri Xvaratsxeliyanın oğludur.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner