"Napoli"nin prezidenti Aurelio de Laurentis klubun hədəfləri barədə danışıb.
Qol.az xəbər verir ki, "Napoli" 23 turdan sonra A seriyasında 62 xalla liderdir. Komanda ən yaxın izləyicisi "İnter"i 15 xal qabaqlayır.
Həmçinin "Napoli" Çempionlar Liqasında da mübarizəni davam etdirir. Onlar bu gün 1/8 finalın ilk matçında "Ayntraxt"ın qonağı olacaqlar.
Aurelio de Laurentis isə açıqlamasında bildirib ki, "Napoli" üçün A seriyası yox, Çempionlar Liqası daha vacibdir: "A seriyası? Çempionlar Liqasını qazanmaq çox daha vacibdir. Bu, Neapolun dünyada bir şəhər kimi daha çox tanınmasına şərait yaradar. Hər zaman rəqabətədavamlı olan "Napoli"nin hamının həyəcanlandırmasına təəccüblənirəm. Mən demirəm ki, ən güclü bizik. Lakin mənə görə "Napoli" hər şeydən əvvəl ən dürüstdür".
Qeyd edək ki, bu gün Almaniyada keçiriləcək "Ayntraxt" - "Napoli" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu martın 15-i İtaliyada olacaq. "Napoli" A seriyasında növbəti oyununu isə fevralın 25-i "Empoli"yə qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi