PSJ-nin futbolçusu Neymar klubunu dəyişməyi planlaşdırmır.
Qol.az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb. Braziliyalı hücumçu 2027-ci ilə qədər nəzərdə tutulan müqaviləsinin müddəti bitmədən Paris təmsilçisini tərk etmək fikrində deyil. Onun komanda yoldaşı, dostu Lionel Messi PSJ ilə müqaviləni yeniləməmək qərarına gəlsə belə, Neymar planlarını dəyişməyəcək.
Qeyd edək ki, Neymar 2017-ci ildən PSJ-nin formasını geyinir. 31 yaşlı forvard bu mövsüm Liqa 1-də 20 oyunda 13 qol vurub və 11 qolun ötürməsini verib. Daha əvvəl PSJ-nin Neymarı növbəti yay transfer pəncərəsində satmaq istədiyi bildirilirdi.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası