Millimizin üzvü Anton Krivotsyuk Cənubi Koreyanın “Tecon Xana Sitizen” klubuna transfer olunub.
Qol.az xəbər verir ki, bu barədə onun son klubu Polşa "Visla"sı (Plotsk) məlumat yayıb. Polşa mətbuatı Asiya klubunun oyunçu üçün "Visla"ya 600 min avro ödəyəcəyini yazıb.
24 yaşlı müdafiəçi transferi ilə bağlı Cənubi Koreya klubunun saytına açıqlamasında deyib: "Yeni klubuma gec qoşulmuşam. Buna görə də, komanda yoldaşlarımla sıx ünsiyyət quraraq, kollektivə tez uyğunlaşmağa çalışacağam. “Tecon Xana Sitizen” 8 ildən sonra ötən il yüksək liqaya yüksəlib. Buna görə də, bu ay başlayacaq mövsüm çox vacibdir”.
Qeyd edək ki, Anton Krivotsyuk 2021-ci ilin yayında "Neftçi"dən ayrılaraq Plotsk "Visla"sına keçmişdi.
Xatırladaq ki, "Tecon Xana Sitizen" Koreya yüksək liqasında mübarizə aparır. Bu turnirdə yeni mövsümə fevralın 25-i start veriləcək.
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi