“Qarabağ”la ən çox oyun keçirən əcnəbi futbolçu olmaq mənim üçün xüsusi şərəfdir. Bu təcrübə məni futbola fərqli, daha yetki baxmağa vadar etdi. Bu, mənə çox kömək oldu."Qarabağ"da oynamaqla çox şey öyrəndim. Həmişə komandam üçün hər şeyi verməyi və komanda yoldaşlarıma kömək etməyi düşünmüşəm. Bunu etsəniz, əlbəttə ki, nailiyyətlər gələcək".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli tribalfootball.com-a açıqlamasında deyib.
Hazırda ABŞ-da futbol akademiyasına rəhbərlik edən albaniyalı keçmiş futbolçu karyerasının ən yaddaqalan anları haqda da danışıb "Karyeramda çox gözəl anlar yaşadım. Birincisi "Qarabağ"la bütün seçmə mərhələlərdən keçdikdən sonra Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Az büdcəyə baxmayaraq, buna nail olduq. Klubda ölkə çempionluğu titulları da əldə etdik".
O, daha sonra bildrib."Mən Almaniya Bundesliqasında oynamaq istəyirdim. Amma "Qarabağ"a keçdikdən sonra Çempionlar Liqası və Avropa Liqasının qruplarında oynadım. Bəlkə də Almaniyaya getsəydim, bu baş verməzdi. Karyerama görə peşman deyiləm və gördüyüm işdən razıyam".
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi