“Çelsi”nin baş məşqçisi Qrem Potter komandanın problemlərindən, eləcə də ona qarşı səsləndirilən tənqidlərdən danışıb.
Qol.az "Mirror"a istinadən xəbər verir ki, Potterin baş məşqçiliyi altında London klubu 25 matçdan yalnız 9-da qalib gəlib. "Çelsi" son 10 oyunun 1-də qələbə qazanıb. Komanda hazırda Premyer Liqada 31 xalla 10-cu pillədə qərarlaşıb.
Potter isə durumla bağlı danışıb. O, komandada zədəli futbolçuların olduğunu diqqətə çatdırıb: "Bu futboldur, bəzən belə hallar olur. Bəzi gənc futbolçulara sərmayə qoymuşuq. Enzo, Mudrik və Maduke çox oyun keçirməyiblər, Premyer Liqada oynamağı öyrənirlər. Bizdə çoxlu zədəlilər də var. Mən öz səviyyəmin nə olduğunu bilirəm, karyeramda nələrə nail olduğumu bilirəm. Amma onu da başa düşürəm ki, nəticələr üst-üstə düşmürsə, qələbələr yoxdursa, tənqidə açıq olmaq lazımdır. Bu, ədalətlidir. Mən həmişə belə olmuşam. Bu, məni indi olduğum yerə apardı. Ancaq eyni zamanda, insanların fərqli bir şey istədiklərini də bilirəm".
Potter tənqidlərlə bağlı isə deyib: "Bunlar emosiyalardır. Komanda uduzur. Ona görə də tənqidləri başa düşmək olar. Mən axmaq və ya sadəlövh deyiləm. Mənim işim irəliləməyə davam etmək, komandaya kömək etmək, çətin anlarda onlara dəstək olmaq və tənqidləri qəbul etməkdir.
Növbəti beş dəqiqədə burada dayanıb nəticələrin səbəblərindən danışa bilərəm. Amma daha yaxşı oynamalı olduğumuzu da bilirəm. Öz meydanında 0:1 hesabı ilə uduzmaq yolverilməzdir. Mənim haqqımda istənilən tənqid ədalətlidir”.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi