"Hamımız "Qarabağ"la oyuna həvəsli və hazır olacağıq" - "Gent"in kapitanı

"Hamımız "Qarabağ"la oyuna həvəsli və hazır olacağıq" - "Gent"in kapitanı
XƏBƏR 20 Fevral 2023 / 10:00 2424
-  A +

"Gent"in (Belçika) kapitanı Sven Kums Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la evdə keçirəcəkləri cavab matçı barədə danışıb.

Qol.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında görüş üçün çox həvəsli oluqlarını deyib: 

"Vəziyyəti dəyişmək mümkündür. Siz belə yarışlarda bunu edə bilərsiniz. Hər kəs "Qarabağ"la oyuna çox həvəsli və hazırlıqlı olacaq".

Belçikalı futbolçu bildirib ki, gərgin həftə keçirmələrinə baxmayaraq, özünü yaxşı hiss edir: "Mən özümə qulluq edirəm. Amma başqalarını deyə bilmərəm. Özümü yaxşı hiss edirəm. Heç vaxt yorulduğumu deyə bilmərəm. Nə qədər ki, gücüm var, oynamaq istəyirəm".

Qeyd edək ki, "Qarabağ" Bakıdakı oyunda "Gent"ə 1:0 hesabı ilə qalib gəlib. Bu komandalar arasında cavab görüşü fevralın 23-də Belçikada olacaq və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner