"Gent"dən qələbə

"Gent"dən qələbə
XƏBƏR 19 Fevral 2023 / 22:26 3195
-  A +

Belçika çempionatında 26-cı turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Gent” öz meydanında "Leuven"lə qarşılaşıb. Oyun "Gent"in 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

"Gent"in qollarını Huqo Kuypers (49) və Sven Kums (73) vurub.

“Gent” hazırda 42 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” Belçika təmsilçisinə qarşı Bakıda keçirilən ilk matçda 1:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab matçı isə fevralın 23-də səfərdə keçirəcək.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner