"Qəbələ" "Sumqayıt"la oyuna itkilərlə çıxacaq

"Qəbələ" "Sumqayıt"la oyuna itkilərlə çıxacaq
XƏBƏR 17 Fevral 2023 / 21:30 1153
-  A +

“Qəbələ” Misli Premyer Liqasının 23-cü turunda “Sumqayıt”la oyuna itkilərlə çıxacaq.

Qol.az xəbər verir ki, komandanın 3 futbolçusu görüşdə iştirak etməyəcək.

Hücumçu Ramon Maçado və qapıçı Kristof Atanqana zədədən sonra bərpa prosesi keçir. Onlar “qırmızı-qaralar”ın sabah keçiriləcək görüş ərəfəsindəki hazırlığına qatılmayıb. Müdafiəçi Rüfət Əhmədov isə bərpa prosesini davam etdirir.

Qeyd edək ki, sabah keçiriləcək sözügedən matç saat 15:00-da başlayacaq.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner