Türkiyə Superliqasında təxirə salınmış oyunların vaxtı açıqlandı

Türkiyə Superliqasında təxirə salınmış oyunların vaxtı açıqlandı
XƏBƏR 17 Fevral 2023 / 20:26 2656
-  A +

Türkiyə Superliqasının 23-cü turunda zəlzələ səbəbindən təxirə salınmış oyunların keçiriləcəyi vaxt açıqlanıb. 

Qol.az xəbər verir ki, bu haqda Türkiyə Futbol Federasiyası məlumat yayıb.

"Giresunspor" - "Kayserispor", "Fənərbağça" - "Konyaspor" oyunları fevralın 25-də olacaq. "Ümraniyespor" - "Adana Demirspor" görüşü isə fevralın 26-da keçiriləcək.

Həmçinin bildirilib ki, İstanbuldakı terror səbəbindən 16-cı turda təxirə salınan "Beşiktaş" - "Antalyaspor" qarşılaşması da fevralın 26-də oynanılacaq.

Qeyd edək ki, fevralın 6-da qardaş ölkə Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ olub. Son məlumatlara əsasən, fəlakət nəticəsində 38 044 nəfər həlak olub.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner