Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov Avstriyanın paytaxtı Vyana şəhərində işgüzar səfərdədir.
Qol.az PFL-in saytına itinadən xəbər verir ki, E.Səmədov Avropa Liqaları təşkilatının Avstriya Bundesliqası ilə birgə təşkil etdiyi seminara qatılıb.
İclas zamanı Avropa Liqaları təşkilatına üzv olan ölkələrin nümayəndələri ilə görüşən PFL prezidenti hazırda gündəmdə olan məsələlərin müzakirəsi ilə yanaşı gələcək əməkdaşlıqların perspektivləri ilə bağlı da fikir mübadilələri aparıb.
Qeyd edək ki, 1997-ci ildə yaradılmış Avropa Liqaları təşkilatı hazırda 34 ölkədən 40 liqanı və 1000-dən çox klubu özündə birləşdirir. Azərbaycan Peşəkar Futbol Liqası 2013-cü ildən bu qurumun tamhüquqlu üzvüdür. Hazırda sözügedən təşkilatla əməkdaşlığın daha da genişləndirilməsi və beynəlxalq təcrübənin PFL bayrağı altında keçirilən liqalarda tətbiq olunması daha da aktuallaşıb.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi