Lazar Markoviç bu kluba keçdi

Lazar Markoviç bu kluba keçdi
XƏBƏR 16 Fevral 2023 / 18:02 2555
-  A +

Türkiyədəki güclü zəlzələdən sonra Superliqada çıxışını dayandıran “Qaziantep”in yarımmüdafiəçisi Lazar Markoviç klubunu dəyişib.

Qol.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Trabzonspor”a keçib. Bu barədə Trabzon klubunun rəsmi saytı məlumat yayıb.

Serb futbolçu bu mövsümün sonuna kimi icarəyə götürülüb. 

Qeyd edək ki, "Liverpul"un sabiq futbolçusu daha əvvəl Türkiyədə "Fənərbaxça"nın formasını geyinib. O, "Partizan", "Benfika", "Hall Siti", "Sportinq" və "Fulhem"də də çıxış edib.


Qarabağ FK
Son xəbərlər
topaz banner