Gündoğan "Barselona"ya bir addım da yaxınlaşdı

Gündoğan "Barselona"ya bir addım da yaxınlaşdı
XƏBƏR 16 Fevral 2023 / 17:18 4691
-  A +

"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan bu yay "Barselona"ya transfer olunmağa daha da yaxınlaşıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin meneceri bu səhər "Barselona"nın rəhbərliyi ilə görüşüb. Qeyd olunur ki, tərəflər arasındakı danışıqlar müsbət məcrada gedir. Gündoğanın yayda "Barselona"ya keçməsi real fürsət kimi qiymətləndirilir. 

Yarımmüdafiəçinin "Mançester Siti" ilə müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub. Ona görə də türk əsilli alman futbolçunun Kataloniya klubuna azad agent kimi transfer olunacağı gözlənilir.

Qeyd edək ki, Gündoğan 2016-cı ildən "şəhərlilər"in formasını geyinir. "Mançester Siti"nin kapitanı bu mövsüm bütün turnirlərdə 31 matçda 3 qol vurub və 3 qolun ötürməsini verib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner