"Neftçi"nin futbolçusu Kenni Sayef Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ" və "Gent" arasında keçiriləcək ilk oyun haqda danışıb.
Qol.az xəbər verir ki, 2014-2018-cü illərdə "Gent"in formasını geyinmiş 30 yaşlı yarımmüdafiəçi "Nieuwsblad" nəşrinə açıqlamasında Ağdam təmsilçisinin güclü tərəflərindən söz açıb. Sayef deyib:
“Baxmayaraq ki, burada oyunçular yaxşı pul qazanırlar, Azərbaycanın futbol komandaları o qədər də çox deyil. Məncə, təxminən 600-700.000 avro maaş alırlar. Lakin “Qarabağ” rəqabətdə hamını üstələyir. Bu mövsüm onlara iki dəfə uduzduq və şansımız olmadı. Ən böyük gücləri futbolçular arasındakı əlaqədir. Onlar bir-birilərini mükəmməl tanıyırlar. Çünki illərdir ki, birlikdə oynayırlar. Baş məşqçi 15 ildir oradadır və "yaxşı yağlanmış maşın" hazırlamağı bacarıb".
Kenni Sayef "Qarabağ"ı "Mançester Siti"yə bənzətdiyini deyib: "Onlar arxada 4 nəfərlə oynayırlar. Cinah oyunçularının hücuma çıxanda dayaq yarımmüdafiəçilərindən biri arxaya çəkilib iki "stoper"in arasına girir və üçlü müdafiə təşkil olunur. Belçika təmsilçisi hazırlıqlı olmalıdır. "Qarabağ" həqiqətən güclüdür. "Qarabağ" Xosep Qvardiolanın "Mançester Siti"si kimi oynayır".
Qeyd edək ki, "Qarabağ" və "Gent" arasında ilk matç bu gün olacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Bu komandalar arasında cavab qarşılaşması fevralın 23-ü Belçikada oynanılacaq.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
"İnter"dən “Latsio”ya
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı
“Əsas heyətə düşmək üçün çox çalışıram” - Musa Qurbanlı
La Liqanın açılış oyunu təxirə salındı
“Dinamo”nun futbolçusu üzr istədi