Rusiyanın imdadına İran çatdı

Rusiyanın imdadına İran çatdı
XƏBƏR 16 Fevral 2023 / 12:36 4467
-  A +

Rusiya millisi İran yığması ilə yoxlama oyunu keçirməyə hazırlaşır.

Qol.az xəbər verir ki, bu haqda "Persian Soccer" İran Futbol Federasiyasının prezidenti Mehdi Tacın bəyanatına istinadən məlumat yayıb. Yoxlama oyunu İranın paytaxtı Tehranda olacaq. Görüş mart ayında keçiriləcək. Hələlik oyunun dəqiq vaxtı məlum deyil. Həmçinin qeyd olunur ki, İranın İraqla da iki oyun keçirməsi planlaşdırılır. Bundan əlavə, Rusiyanın qadın milli komandasının da yerli yığma ilə görüş üçün İrana yollanacağı bildirilir.

Qeyd edək ki, dünən, fevralın 15-də Rusiyanın idman naziri Oleq Matytsin Tehranda iranlı həmkarı Seyid Həmid Səcadi Xəzave ilə görüş keçirib.

Xatırladaq ki, Rusiya millisi Ukrayna ərazisinə silahlı müdaxiləyə görə bütün beynəlxalq rəsmi turnirlərdən kənarlaşdırılıb. Valeri Karpinin baş məşqçilik etdiyi komanda DÇ-2022-ni buraxıb. Həmçinin Rusiya millisi Avro 2024 və Millətlər Liqasının seçmə mərhələləri üçün püşkatmada da iştirak etməyəcək.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner