"Qarabağ"ın güclü tərəflərini bilirik" - "Gent"in futbolçusu

"Qarabağ"ın güclü tərəflərini bilirik" - "Gent"in futbolçusu
XƏBƏR 16 Fevral 2023 / 11:26 1897
-  A +

"Gent"in (Belçika) futbolçusu Alessio Kastro-Montes Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunlar barədə danışıb.

Qol.az sporza.be-yə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinə qarşı oynamağın çətin olacağını deyib: 

“Qarabağ”dan heç bir futbolçunu tanımıram. "Qarabağ" Avropada elə də səs-küylü komanda deyil. Amma onlara qarşı oynamaq çətin olacaq. Bakıda qələbə qazanmaq isə daha çətindir. “Qarabağ”ın güclü tərəflərini bilirik. Bu mövsüm heç bir Avropa komandası xüsusi uğur qazana bilməyib. Ancaq nə edəcəyimizi bilirik”.

Qeyd edək ki, "Qarabağ" və "Gent" arasında ilk matç bu gün olacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Bu komandalar arasında cavab qarşılaşması fevralın 23-ü Belçikada oynanılacaq.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner