"Çelsi"nin baş məşqçisi Qrem Potter Çempionlar Liqasının 1/8 final mərhələsində Dortmund "Borussiya"sına uduzduqları ilk matçı (0:1) şərh edib.
Qol.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis məyus olduğunu deyib:
“Çox güclü oyun oldu, xüsusən də ikinci hissədə. Çoxlu imkanlar yaratdıq, amma buraxdığımız qola görə məyus oldum. Künc zərbəsindən sonra əks-hücumda qol buraxdıq. Düşünürdüm ki, ikinci hissədə üstünlük təşkil edən komanda bizik. Özümüz qol vurmağa yaxın idik. Amma bizi məğlub etdilər. Bu, məyusedicidir, bizi əsəbiləşdirir. Daha yaxşı oynamalıyıq. Çox, çox yaxşı çıxış edirdik, sadəcə qol vurmalı idik. Biz böyüyən komandayıq və bilirik ki, çox müsbət cəhətlərimiz olacaq. Azarkeşlərin reaksiyaından görə bilərsiniz ki, çox pozitiv idilər. Onlar komandanın oyununu gördülər, bizi fantastik dərəcədə yaxşı qarşıladılar.
Həmişə bir az şans lazımdır, amma bunu gözləmək olmaz. İşləməyə davam etməlisən. Futbolçular da əla iş görürlər, amma biz hələ də bu dəqiqə əziyyət çəkirik. Biz çalışmağa davam edəcəyik”.
Qeyd edək ki, bu komandalar arasında Londondakı cavab oyunu martın 7-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir