Türkiyədə daha 4 voleybolçu zəlzələ nəticəsində həlak oldu

Türkiyədə daha 4 voleybolçu zəlzələ nəticəsində həlak oldu
XƏBƏR 15 Fevral 2023 / 14:42 1920
-  A +

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində daha 4 voleybolçu dünyasını dəyişib.

Qol.az xəbər verir ki, bu barədə Türkiyə Voleybol Federasiyası məlumat yayıb. "Rasus Kimya Hatay"ın qadınlardan ibarət komandasının oyunçularından Gözde Öztürk, Dilek Mucuk, Ahsen Baş və İrek Kurtoğlu vəfat ediblər.

Buna qədər isə zəlzələdən 20 voleybolçunun öldüyü açıqlanmışdı. 

Qeyd edək ki, son məlumata görə, Türkiyədə zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner