Şakiradan Pikeyə: "Keçmiş sevgilimi öldürə bilərəm"

Şakiradan Pikeyə: "Keçmiş sevgilimi öldürə bilərəm"
XƏBƏR 15 Fevral 2023 / 13:59 3018
-  A +

Məşhur kolumbiyalı müğənni Şakira keçmiş sevgilisi, "Barselona"nın sabiq futbolçusu Jerar Pikeyə söz atıb.

Qol.az xəbər verir ki, o, bunu ötən gün "Sevgililər Günü"ndə "Tik Tok" hesabında paylaşdığı video ilə edib. Şakira mətbəxdə çəkdiyi videonu ABŞ-dan olan müğənni SZA-nın "Kill Bill" adlı mahnısının nəqarət hissəsi ilə paylaşıb. Mahnının sözləri isə belədir: "Keçmiş sevgilimi öldürə bilərəm. Bu, yaxşı fikir deyil. Sonra da yeni sevgilisini öldürərəm. Mən necə bu hala düşdüm? Keçmiş sevgilimi öldürə bilərəm. Yenə də onu hələ də sevirəm. Həbsxanada olmağı tək olmaqdan üstün tuturam".

Qeyd edək ki, Pike və Şakira ötən ilin yayında ispaniyalı sabiq futbolçunun xəyanəti səbəbindən ayrılıblar. Onların Milan və Saşa adlı 2 övladı var. Pike isə 2022-ci ilin payızında futbolçu karyerasını başa vurub. Daha sona Pike ispaniyalı model Klara Çia Marti ilə münasibətinin olduğunu açıqlayıb.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner