Zəlzələ nəticəsində dağıntılar altında qalan "Hatayspor"un futbolçusu Kristian Atsunun ayaqqabıları tapılıb.
Qol.az xəbər verir ki, qanalı yarımmüdafiəçinin meneceri Nana Seçere bu barədə Türkiyə mətbuatına açıqlama verib. O, hələ də Atsunun sağ qalıb-qalmadığı haqda məlumat ala bilmədiklərini qeyd edib.
"Zəlzələnin baş verməsindən 9 gün keçib, amma hələ də Kristiandan heç bir xəbər yoxdur. Hazırda Hatayda zəlzələ bölgəsində Kristianın ailəsi ilə birlikdəyəm. Atsunun qaldığı otağının harada olduğunu müəyyənləşdirə bildik. Ona aid iki cüt ayaqqabı tapdıq. Dünən bizə termal kameralardan dağıntılar altında qalan beş nəfərin sağ olduğuna dair məlumat gəldi. Ancaq hələ də heç nə məlum deyil”.
Qeyd edək ki, K.Atsu fevralın 6-da Hatayda baş verən zəlzələ zamanı dağıntılar altında qalıb. O, karyerası ərzində "Çelsi", "Everton", "Nyukasl", "Portu", "Malaqa", "Bornmut" kimi komandaların formasını da geyinib.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir