Konte "Milan"a məğlubiyyətdən danışdı

Konte "Milan"a məğlubiyyətdən danışdı
XƏBƏR 15 Fevral 2023 / 11:53 1737
-  A +

"Tottenhem"in baş məşqçisi Antonio Konte Çempionlar Liqasının 1/8 final mərhələsində "Milan"a uduzduqları (0:1) ilk matç barədə danışıb.

Qol.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, mütəxəssis erkən qol buraxmaqlarının oyunlarına təsir etdiyini deyib:

“Bu, komandaların bərabər səviyyədə oynadığı gərgin matç idi. Səhvimiz odur ki, 7-ci dəqiqədə dəf etmək mümkün olan qolu buraxdıq. Bu məqamda yaxşı müdafiə olunan “Milan” üçün oyun düzgün istiqamətdə getdiyindən hesabı bərabərləşdirə bilmədik. “Tottenhem” matça yaxşı hazırlaşdı, yaxşı oyun nümayiş etdirdi. Erkən qol irəli getməyimizə imkan vermədi".

Konte "Milan"la martın 8-də Londonda keçirəcəkləri cavab oyunu haqda da fikirlərini bölüşüb: "Çalışacağıq ki, ikinci oyunda nəticəni dəyişib, yolumuza davam edək. Keçən il çox qol buraxmadığımız üçün inanılmaz bir iş görərək Çempionlar Liqasına vəsiqə qazana bildik. İndi müdafiəçilər keçən mövsümdə olduğu kimi, ilk dəqiqədən son dəqiqəyə kimi diqqətini saxlamalıdırlar".

Konte "San Siro" stadionunda onun ünvanına təhqirlər səsləndrilməsinə də münasibət bildirib: "Bu oyunun bir hissəsidir. Mən demirəm ki, siz onları qəbul edin, amma eybi yoxdur. “Yuventus”da məşqçi və oyunçu, “İnter”də məşqçi olmuşam, lakin “Milan”da heç vaxt işləməmişəm. Azarkeşlər təxribat yaratdılar, lakin bu, məqbul həddə idi".

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner