"Qarabağ" haqqında çox şey bilmirəm"

"Qarabağ" haqqında çox şey bilmirəm"
XƏBƏR 15 Fevral 2023 / 11:03 3630
-  A +

“Gent”in futbolçusu Maykl Nqadye-Nqadjyui Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunlar barədə fikirlərini bölüşüb.

Qol.az xəbər verir ki, 33 yaşlı müdafiəçi UEFA-nın rəsmi saytına açıqlamasında deyib:  “Mən "Qarabağ” barədə çox şey bilmirəm. Bilirəm ki, “Qarabağ” hər il avrokuboklarda oynamağa öyrəşmiş komandadır. Onların çox yaxşı futbolçuları var. Əvvəlki matçlarından 2-3 maraqlı videoicmala baxmağı bacardım. "Qarabağ"da çox sayda braziliyalı futbolçular var. Onlar topla yaxşı rəftar edən tərəfdirlər”.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Gent” oyunu saat 21:45-də start götürəcək. Bu komandalar arasında cavab matçı 1 həftə sonra Belçikada olacaq.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner