PSJ-nin baş məşqçisi Kristof Qaltye Çempionlar Liqasının 1/8 finalında "Bavariya"ya uduzduqları ilk oyun (0:1) haqqında danışıb.
Qol.az "RMC Sport"a istinadən xəbər verir ki, mütəxəssis oyunun çətin keçdiyini deyib:
“Oyunumuz dərinliyi itirən kimi “Bavariya” üzərimizə gəldi. Topla hücuma keçiə bilmədik, küncə sıxıldıq. Oyunun çətin olacağını bilirdim. Lazım olan şaquli oyunu bizə dayaq müdafiəçilərimiz verə bilərdi. Lakin Hakimi təəssüf ki, matçı erkən tərk etdi.
İlk hissə çətin keçdi. Amma bizim başqa planımız da var idi. Kilian Mbappedən istifadə edə biləcəyimi bilirdim. Amma təəssüf ki, alınmadı. Sonrakı 25 dəqiqə ərzində komandanın reaksiyasını gördük. 25-30 dəqiqə pressinq etdik, qol şansları yaratdıq. Təbii ki, məyus olduq, amma onu da bilirdik ki, bu gün növbəti mərhələyə keçə bilməyəcəyik və ya mübarizədən kənarlaşdırıla bilməyəcəyik. Çünki qarşıda cavab oyunu var. Üç həftə ərzində hər şey həll olunacaq. Çətin dövr yaşayırıq. Fiziki vəziyyətlə bağlı problemimiz var. Üstəlik, oyun qrafiki sıxdır. Bu, komandamızı zəiflədir.
0:1 mənfi nəticədir. Amma indi səfərdə qolu qaydası dəyişib. Münhendə qalib gəlmək lazımdır”.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 8-də olacaq.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil
“Qarabağ” qalib gəlib “pley-off”a yüksəldi!
"Lester" klubu satışa çıxarıldı
Haaland 4 rekordla "Ginnesin Rekordlar Kitabı"nda
Açıqlamasına görə azarkeşlərdən üzr istədi
“Sumqayıt” onu komandada saxladı
"Bizi ciddi oynamağa məcbur etdilər"
Qurban Qurbanov Koxalskini ehtiyata göndərdi
“Qarabağ” “Dinamo”ya qarşı bu heyətlə çıxır
La Liqa matçı təxirə salındı
“APL Fantasy”də qeydiyyatdan keçənlərin sayı 10 mini ötdü!