Türkiyənin daha 3 klubu çempionatda çıxışını dayandırdı

Türkiyənin daha 3 klubu çempionatda çıxışını dayandırdı
XƏBƏR 14 Fevral 2023 / 19:50 5328
-  A +

Türkiyənin daha 3 klubu ölkədə baş verən və çoxsaylı insan təlafatı ilə nəticələnən zəlzələyə görə çempionatda çıxışını dayandırıb.

Qol.az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi yerli mətbuata açıqlamasında deyib. O, təbii fəlakətdən zərər görmüş şəhərlərin təmsilçilərinin - 2-ci Liqadan “Diyarbakırspor”, 3-cü Liqadan isə “Kahramanmaraşspor”la “Osmaniyespor”un çempionatdan çəkildiyini bildirib.

Bu bölgələrə zəlzələ daha çox ziyan vurduğundan sözügedən klublar çempionatdakı çıxışını davam etdirmək iqtidarında deyil

Klublar turnir cədvəlindəki mövqelərindən asılı olmayaraq 2023/2024 mövsümündə hazırkı liqalarında mübarizə apara biləcəkər.

Xatırladaq ki, daha əvvəl “Hatayspor” və “Qaziantep”in Superliqada, “Yeni Malatyaspor”la “Adanaspor”un 1-ci Liqada, “Adıyaman”ın 2-ci Liqada, “Niğde Anadolu” və “Malatya Arguvanspor”un isə 3-cü Liqada çıxışını dayandırdığı açıqlanmışdı.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner