"Fiorentina" və "Adana Demirspor" zəlzələyə görə oyun keçirəcək

"Fiorentina" və "Adana Demirspor" zəlzələyə görə oyun keçirəcək
XƏBƏR 14 Fevral 2023 / 14:59 952
-  A +

Türkiyənin "Adana Demirspor" klubu ölkədə baş verən güclü zəlzələdən zərərçəkənlərə dəstək olmaq üçün "Fiorentina" (İtaliya) ilə xeyriyyə oyunu keçirəcək. 

Qol.az xəbər verir ki, bu barədə "Adana Demirspor" məlumat yayıb. Bildirilir ki, oyun üçün bilet satışından əldə olunan gəlir zərərçəkənlərə yardıma görə fonda bağışlanacaq.  Oyuna 33 min bilet satışa çıxarılacaq.

Görüşün dəqiq vaxtı haqqında hələlik məlumat verilməyib.

Xatırladaq ki, fevralın 6-da qardaş ölkə Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Fəlakət nəticəsində 31 min nəfərdən çox şəxs həyatını itirib, 80 min nəfərdən çox insan yaralanıb. 

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner