Bakı metrosu oyuna görə 01:00-a kimi işləyəcək

Bakı metrosu oyuna görə 01:00-a kimi işləyəcək
XƏBƏR 14 Fevral 2023 / 14:39 1738
-  A +

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika klubu “Gent”lə keçirəcəyi oyuna görə, fevralın 16-dan 17-nə keçən gecə metronun “Gənclik”, “Nərimanov” və “28 May” stansiyaları saat 01:00-a qədər işləyəcək.

Qol.z xəbər ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, matçın gec başa çatacağı nəzərə alınaraq, “Bakı Metropoliteni” QSC-yə müraciət ünvanlanıb. Bu müraciətə “Bakı Metropoliteni” QSC tərəfindən müsbət cavab verilib.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” oyunu saat 21:45-də başlayacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner