UEFA bu oyunda baş verənlərə görə günahkar bilindi

UEFA bu oyunda baş verənlərə görə günahkar bilindi
XƏBƏR 14 Fevral 2023 / 12:05 1909
-  A +

Çempionlar Liqasının 2021/2022-ci il mövsümünün finalında "Liverpul" - "Real" (0:1) oyununda baş verən iğtişaşların günahkarı UEFA olub.

Qol.az BBC-yə istinadən xəbər verir ki, “Stad de Frans” stadionunda keçirilən qarşılaşma öncəsi insidentlərlə bağlı müstəqil hesabatın müəllifləri belə qənaətə gəliblər.

2022-ci il mayın 28-də, turnirin həlledici matçından əvvəl UEFA-nın ilkin olaraq iddia etdiyi kimi, saxta biletli azarkeşlərin çoxluğu səbəbindən stadionda giriş ilə bağlı ciddi sıxıntı yaranmışdı. Fransa polisi izdihamı sakitləşdirmək üçün gözyaşardıcı qaz və bibər qazından istifadə edib. Bu səbəbdən matçın başlaması yarım saatdan çox gecikib.

Hadisə ilə bağlı müstəqil hesabatda deyilir ki, az qala fəlakətlə nəticələnə biləcək hadisələrə görə əsas məsuliyyət UEFA-nın üzərinə düşür. İddia olunur ki, problemlərin səbəbinin bilet fırıldaqçıları olması ilə bağlı töhmətli iddialara dair heç bir sübut yoxdur. “UEFA təhlükəsizlik məsələlərində nəzarət rolunu oynamalı idi. Aydındır ki, bu, baş verməyib” - deyə məlumatda bildirilir.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner