Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Gent" matçı 1 dəqiqəlik sükutla başlayacaq.
Qol.az xəbər verir ki, bu barədə UEFA qərar verib.
Qurumun belə addım atmasında məqsəd qardaş ölkə Türkiyədə, həmçinin Suriyada baş verən güclü zəlzələdə həyatını itirənlərin xatirəsinin yad olunmasıdır. UEFA-nın qərarına əsasən, avrokubokların - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının bu həftə keçiriləcək bütün oyunlarından əvvəl 1 dəqiqəlik sükut olacaq. Həmçinin oyunlar zamanı lövhələrdə Türk və Ərəb dillərində "Sizinləyik" mesajı göstəriləcək.
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Gent" oyunu saat 21:45-də başlayacaq. Bu komandalar arasında cavab matçı isə 1 həftə sonra Belçikada olacaq.
Xatırladaq ki, fevralın 6-da qardaş ölkə Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Fəlakət nəticəsində 31 min nəfərdən çox şəxs həyatını itirib, 80 min nəfərdən çox insan yaralanıb. Həmçinin Suriyada da baş verən zəlzələdə də çox sayda insan həlak olub.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi
Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib