"Tottenhem"in futbolçusu üçün mövsüm başa çatdı

"Tottenhem"in futbolçusu üçün mövsüm başa çatdı
XƏBƏR 13 Fevral 2023 / 17:13 1752
-  A +

"Tottenhem"in futbolçusu Rodriqo Bentankur zədələnib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının 23-cü turunda "Lester"lə görüşdə (1:4) sıradan çıxıb. Onun çarpaz bağlarında yırtıq aşkarlanıb. Bildirilir ki, Rodriqo bu səbəbdən təxminən 7 ay  yaşıl meydalardan kənarda qalacaq. Bu da o deməkdir ki, uruqvaylı futbolçu üçün mövsüm erkən başa çatıb.

Qeyd edək ki, Rodriqo bu mövsüm 25 matçda 6 qol vurub və 2 qolun ötürməsini verib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner