Türkiyə millisinin üzvü Merih Demiralın ölkədə baş verən zəlzələdən zərərçəkənlər üçün başlatdığı kampaniyaya italiyalı məşhur qapıçı Canluici Buffon ("Atalanta") da qatılıb.
Qol.az xəbər verir ki, bu barədə Demiral öz sosial şəbəkə hesablarında paylaşım edib. Demiral yazıb: "Tarixin ən yaxşı qapıçısı Canluici Buffon kampaniyamıza imzalı əlcəkləri ilə dəstək olur. Əfsanəvi futbolçunun əlcəklərini hərracda satışa çıxarırıq. Əldə olunan gəlir zəlzələdən zərərçəkənlər üçün fonda göndəriləcək".
Qeyd edək ki, daha əvvəl Merih Demiralın kampaniyasına Leonardo Bonucci ("Yuventus"), Paulo Dibala ("Roma"), Kevin De Brüyne ("Mançester Siti"), Neymar (PSJ), Kərim Benzema ("Real"), Lionel Messi (PSJ), Kriştiano Ronaldo ("Əl-Nəsr), Kilian Mbappe (PSJ), Erlinq Haaland ("Mançester Siti"), Harri Keyn ("Tottenhem"), Antuan Qrizmann ("Atletiko"), Eden Hazard ("Real") və Alvaro Morata ("Atletiko") da qatılıb. Dibala, Bonucci və Kriştianonun forma satışından ümumilikdə 5 milyon Türk lirəsi, Eden Hazard, Alvaro Morata və Kevin de Brüynenin formalarının satışından isəümumilikdə 1 milyon Türk lirəsi qazanılıb.
Xatırladaq ki. fevralın 6-da qardaş ölkə Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Fəlakət nəticəsində 31 min nəfərdən çox insan həlak olub, 80 min nəfərdən çox şəxs yaralanıb.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi